Xocalı soyqırımı unutmadıq və unutdurmadıq
1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı qüvvələri tərəfindən Xocalı şəhəri işğal edilərək azərbaycanlılara qarşı etnik soyqırım həyata keçirildi. Həmin gün 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini,130 uşaq valideynlərindən birini itirib. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.
Xocalı soyqırımı Azərbaycan tarixinin ən dəhşət və faciəli səhifəsidir. Bu faciədən 29 il ötsədə olanlar unudulmadı. Yaşananlar tarixə həkk olundu. 44 günlük Vətən müharibəsində qazanılan zəfər Xocalı həsrətinə də son qoydu. Bu tarixi faciə məktəbin müəllim və şagirdləri tərəfindən hər il dərin kədər hissi ilə yad edildi.
Bu gün də məktəbin bir neçə sinfində Xocalı faciəsinin qurbanları yad edilib.