Xocalı soyqırımı- sağalmaz qan yaddaşımız!
Müharibə bəşəriyyətin ən pis xəstəliyi, soyqırım isə heç sağalmayan yarasıdır. Erməni işğalçılarının xalqımıza qarşı törətdiyi vəhşiliklərin sırasına qatılan Xocaqlı soyqırımının yaraları hər birimizin qəlbində dərin və sağalmaz iz buraxmışdır.
Tarixin elə ağrı-acılı, qanlı-qadalı səhifələri olub ki, onların dəhşətləri zaman keçdikcə üzə çıxır, yaralarından qan süzülür, sağalmasına heç bir ümid qalmır. Elə Xocalı müsibəti kimi!
Hər il 26 Fevral - Xocalı faciəsinin baş verdiyi o dəhşətli günü böyük kədər hissi ilə anırıq. O günün ağır yarası əbədi olaraq hər bir azərbaycanlının qan yaddaşına çevrilmişdir.
257 nömrəli tam orta məktəbin şagirdləri də hər il olduğu kimi bu il də Xocalı soyqırımı şəhidlərinin xatirəsinə həsr etdikləri anım günündə şeirlər söyləmiş, çəkdikləri rəsmlərdə 26 Fevral gününü təsvir etmiş, faciənin tarixinə aid faktları bölüşmüş və bir dəqiqəlik sükutla şəhidlərin ruhunu yad etmişlər.