Məktəbimizin olimpiada qalibləri
Respublika Fənn Olimpiadalarının Bakı şəhər mərhələsinin nəticələri açıqlanıb.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələrinin 1 404 şagirdi olimpiadaların respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanıb. Onlardan 430 nəfər Azərbaycan dili və ədəbiyyatı, 91 nəfər biologiya, 118 nəfər coğrafiya, 101 nəfər fizika, 32 nəfər informatika, 99 nəfər kimya, 342 nəfər riyaziyyat, 191 nəfər isə tarix fənni üzrə şəhər turunda müvəffəqiyyət əldə edib.
257 nömrəli tam orta məktəbin şagirdləri də Respublika Fənn Oimpiadasının şəhər turunda böyük müvəffəqiyyətlər əldə etmişlər. Məktəbin 9-cu sinif şagirdlərindən Vaqif Xəlil Azərbaycan dili və ədəbiyyatı, Fərid Əliyev riyaziyyat, Fidan Allahverdiyeva tarix, Fatimə Allahverdiyeva biologiya, Toğrul Abdullazadə informatika, 10-cu sinif şagirdi Rəsul Rzayev biologiya, 11-ci sinif şagirdlərindən Nuriyyə Əbilova, Fatimə İsgəndərova biologiya, Osman Əliyev riyaziyyat fənləri üzrə Respublika Fənn Olimpiadasının şəhər mərhələsində birincilik əldə edərək respublika mərhələsinin yarımfinal turunda iştirak etmək hüququ qazanmışlar.
Qeyd edək ki, olimpiadaların təşkil edilməsi istedadlı şagirdlərin aşkara çıxarılması, məktəblilərin beynəlxalq olimpiadalarda uğurlu çıxışlarının təmin edilməsi, şagirdlərdə fənlərə olan marağın artırılması, onların rəqabət mühitində öz bilik və bacarıqlarını nümayiş etdirmələrinə imkan yaradılması məqsədlərinə xidmət edir.
Məktəbimizin şagirdlərinə növbəti bilik yarışında da böyük nailiyyətlər qazanmağı arzu edirik!