Əyani dərslərin bərpası

Fevralın 15-dən Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) tabeliyindəki ümumi təhsil müəssisələrinin V-IX siniflərində və xüsusi məktəblərin I-IX siniflərində əyani tədrisə start verilib.

Bakıda əyani təhsil V-IX siniflərdə həftədə 2 dəfə, ibtidai siniflərdə həftədə 3 dəfə, məktəbəhazırlıq qruplarında həftədə 2 dəfə, xüsusi məktəblərin I-IX siniflərində isə həftədə 5 dəfə təşkil olunur.

Qeyd edək ki, 257 nömrəli tam orta məktəbin müəllim və texniki heyəti əyani dərslərə tam hazırlıqla başlamışdır.Tədris zamanı şagird sayı çox olan siniflər qruplara bölünmüş, şagirdlərin tək-tək oturmalarına nəzarət edilmişdir. Mövcud sanitar-epidemioloji vəziyyətlə əlaqədar olaraq məktəbə daxil olan zaman müəllim və şagirdlərin hərarəti ölçülür, məktəblilər arasında sosial məsafənin qorunması təmin olunur.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi