Yol hərəkətinin təhlükəsizliyindən bəhs edən onlayn dərs
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin 15.09.2020-ci il tarixli F-170 nömrəli əmrin icrasından irəli gələn "Azərbaycan Respublikasında yol hərəkətinin təhlükəsizliyinə dair 2019-2023-cü illər üçün Dövlət Proqramı" ilə əlaqədar məktəbin 4X sinif müəllimi Könül Qurbanova şagirdlərlə onlayn dərs keçib. Dərs zamanı müəllim aşağıdakı sualları şagirdlərə ünvanladı:“Yol qəzası deyəndə nə başa düşürsünüz? ” ,” Yol nəqliyyat hadısələrini yaradan səbəb nədir?” “Piyada keçid nişanları nə üçün lazımdır?”, “Niyə yol hərəkətı qaydalarına riayət etməliyik?”
Dərsdə şagirdlər yerüstü və yeraltı piyada keçidləri, yol hərəkəti qaydalar, işıqfordan istifadə qaydaları haqqında məlumat verdilər. Sonra mövzuya aid çəkdikləri rəsmlər nümayiş olundu.
Müəllim şagirdlərə sürücü və piyadaların yol hərəkəti zamanı məsuliyyəti barədə maraqlı məlumatlar verdi. Sözsüz ki, bu cür maarifləndirici dərslərin yol qəzalarının sayının azalmasında böyük əhəmiyyəti var.