Stress və onun idarə olunması

    05.02.2021-ci il tarixində 257 nömrəli tam orta məktəbin psixoloqu Zöhrə İbrahimova "Stressin idarə olunması"mövzusunda təlim keçirib. Təlim-seminarda psixoloq şagirdlərə stress, stressin bioloji və psixoloji təsirləri, həmçinin stressi idarəetmə yolları haqqında məlumat vermişdir. Stress yaradan vəziyyətlərdən danışan psixoloq, xüsusən də imtahanlarda stresslə mübarizə və onun idarə olunması yollarından danışaraq bu mövzuda şagirdlərə öz tövsiyələrini vermişdir.

    Təlimin keçirilməsində məqsəd gənc nəslin və valideynlərin məlumatlandırılması, yeniyetmələr arasında sağlam həyat tərzi, bununla bağlı aparılan maarifləndirmə işlərinə töhfə verməkdən ibarət olub.

    Təlimin sonuna yaxın psixoloq şagirdləri maraqlandıran sualları cavablandırmışdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi