Pedaqoji Şuranın növbəti onlayn iclası keçirildi

    01.02.2021-ci il tarixində pedaqoji şuranın növbəti onlayn iclası keçirildi. Gündəliyə qoyulan ilk məsələ 2020-2021-ci tədris ilinin I yarımilində məktəbdaxili qiymətləndirmənin nəticələri barədə idi. Məktəbin direktoru summativ qiymətləndirmədə iştirak etməyən şagirdlər, onların əyani qiymətləndirilməsi, qiymətləndirmədə istifadə olunan elektron tətbiq və qiymətləndirmə vasitələri, yüksək və zəif nəticə göstərən siniflər, qiymətləndirmə zamanı rəhbərlik tərəfindən aşkar edilən nöqsanlar barədə geniş məlumat verdi.

    Məktəbəqədər və ibtidai təhsil pilləsində təhsilalanların qismən ənənəvi təhsilə başlamaq və bununla bağlı II yarımilin gün rejimi və dərs cədvəli barədə yeniliklər kollektivə çatdırıldı.

    Sonda xüsusi karantin rejimi dövründə ümumi təhsil müəssisələrində tədris prosesinin təşkilinə dair metodiki göstərişlərlə kollektivi tanış edən məktəbin direktoru bu sahədə görüləcək işlər barədə direktor müavinlərinə və müəllimlərə tapşırıq və tövsiyələrini verdi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi