Ənənəvi dərsin ilk günü

Xüsusi karantin rejimi dövründə təhsil müəssisələrində tədris və təlim -tərbiyə prosesinin təşkili Nazirlər Kabinetinin müvafiq qərarı ilə təsdiq edilmiş "Xüsusi karantin rejimi dövründə Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrində tədris və təlim-tərbiyə prosesinin təşkilinin müvafiq Qaydaları"na uyğun tənzimlənir.
Fevralın 1-də ölkə üzrə ibtidai siniflərin ənənəvi tədrisi qismən bərpa olunub. Məktəbin ibtidai sinfində təhsil alan şagirdlər yarımqruplar üzrə həftədə 3 dəfə olmaqla tədrisə başlayıb. Məktəbəhazırlıq üzrə dərslər isə həftədə 2 dəfə olmaqla təşkil olunub.
Bu gün məktəbə gələn müəllim və şagirdləri ilk olaraq məktəbin direktoru salamladı, yeni qaydalar haqqında məlumat verərək onlara uğurlar arzuladı. Sonra şagirdlərin temperaturu yoxlanılaraq məktəbə daxil oldular. İlk dərs günündə ibtidai sinif şagirdlərinin bir hissəsi qaydalara uyğun olaraq əyani dərslərdə iştirak etdilər.