Məktəb dezinfeksiya edilir

    Nazirlər Kabinetinin qərarı ilə Azərbaycan Respublikasında fəaliyyət göstərən bütün ümumi təhsil müəssisələrində tədris noyabr ayının 2-dən distant (məsafədən) formada həyata keçirilir. Ölkəmizdə sentyabr ayından başlayan Vətən müharibəsi və payız fəslində yoluxma sayının kəskin artması tədrisin distant formada keçilməsini qaçılmaz etdi. Lakin lazımi tədbirlərə vaxtında qərar verilməsi yoluxma sayının kəskin azalmasına və bir sıra yumşaltmalara gedilməsinə imkan verdi.

    Bildiyimiz kimi yanvarın 18 - dən ölkəmizdə mərhələli vaksinasiya başlanılıb. Bütün bu müsbət irəliləyişlər məktəblərdə tədris prosesinin də mərhələli açılmasına imkan verir. Belə ki, ilk olaraq fevralın 1-dən ibtidai siniflər həftədə 3 dəfə olmaqla qrup şəklində əyani tədrisə başlayacaq. Bununla bağlı məktəbdə bütün hazırlıq işləri aparılıb. Sinif otaqları, karantin otaqları, dəhlizlər, qapı və pəncərələr, sanitar qovşaqlar təmizlənərək, lazımi avadanlıqlarla təhciz olunub, şagird və müəllimlərin qəbulu üçün hazır vəziyyətə gətirilib.

    Bu gün isə Gigiyena və Epidemiologiya Mərkəzinin əməkdaşları tərəfindən məktəbdə dezinfeksiya tədbirləri görülüb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi