Summativ qiymətləndirmə başa çatdı

    Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsilalanların attestasiyası (məktəbdaxili qiymətləndirməsi) başa çatdı. Müəllimlərə qiymətləndirmənin aparılma qaydaları, təşkili, elektron tətbiqi, qiymətləndirmə vasitələri ilə bağlı geniş məlumat verildi. Qarşılaşa biləcəkləri problemlər əvvəlcədən araşdırıldı. 

    II-XI sinif pilləsində təhsil alan şagirdlərin bütün fənlər üzrə bilik və bacarıqları qiymətləndirildi. Platforma seçimi zamanı "Virtual məktəb" platformasına üstünlük verildi. 

    Onlayn qiymətləndirmə məktəb rəhbərliyi tərəfindən izlənildi və çatışmazlıqlar qiymətləndirmədən sonra təhlil edildi. Hər bir fənn üzrə fənn müəllimi qiymətləndirmə nəticələri haqqında yazılı hesabat hazırladı. 

    Qiymətləndirmədən öncə məktəb rəhbərliyi müəllimlərə qiymətləndirməni düzgün, şəffaf, qərəzsiz, şagirdlərə həssas yanaşmaqla, heç bir nöqsana yol vermədən aparmasına ciddi məsuliyyət daşıdıqlarını çatdırdı.

    Qiymətləndirmənin aparılmasında əsas məqsəd distant təhsil zamanı mövcud öyrənmənin hansı səviyyədə olmasını müəyyən etmək idi. Hansı formada olmasından asılı olmayaraq öyrənmə varsa, onun qiymətləndirilməsi mütləqdir. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi