Növbəti onlayn pedaqoji şura

    22.01.2021 – ci il tarixində məktəbin müəllim kollektivi ilə onlayn şəkildə Pedaqoji şuranın növbəti iclası keçirildi.

    İclası giriş sözü ilə açan məktəbin direktoru iclasın gündəliyi ilə müəllimləri tanış etdi.

    Gündəlikdə qoyulan ilk məsələ "Xüsusi karantin rejimi dövründə ümumi təhsil pilləsində təhsil alanların attestasiyasının (məktəbdaxili qiymətləndirmənin) aparılmasının müvəqqəti Qaydası” haqqında müəllimlərə ətraflı məlumat verildi.

    Qiymətləndirmə ilə bağlı tapşırıq və tövsiyyələr verildikdən sonra müəllimləri maraqlandıran suallara, qarşılaşacaqları problemlərin həllinə aydınlıq gətirildi.

    Gündəlikdə qoyulan ikinci məsələ 2020-2021 – ci tədris ilində məktəbin IX sinifləri üzrə zəif nəticə göstərən şagirdlərlə işin təşkili barədə oldu. Qeyd olundu ki, məktəbdə belə zəif nəticə göstərən 55 şagird var. Bunlar 4 qrupa bölünüb. Hər qrup üçün Azərbaycan dili, riyaziyyat və ingilis dili fənnindən müəllimlər ayrılıb. Qrafik hazırlanıb və məşğələ saatları təsdiqlənib. Bu barədə müəllimlərə və şagirdlərə məlumat verilib.

    Sonda məktəbin direktoru müəllimlərə bu gün Təhsil Nazirliyinin  keçirdiyi brifinqdə səsləndirilən məsələlərlə bağlı məlumat verərək, onlara işlərində uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi