"Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası"nın qalibləri
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşkilatçılığı ilə şagirdlərin məntiqi biliklərinin inkişafına təkan vermək, onlara beynəlxalq, yerli olimpiadalar və bu kimi digər bilik yarışlarında iştirak təcrübəsi qazandırmaq, istedadlı, xüsusilə məntiqi təfəkkürü ilə fərqlənən şagirdləri aşkara çıxarmaq və onların elmə olan marağını artırmaq məqsədilə artıq ənənə halını almış “Lütfi Zadə adına Məktəblilərarası V Məntiq Olimpiadası”nın ilk turu keçirildi.
Yanvarın 20-də mövcud epidemioloji vəziyyət nəzərə alınaraq, onlayn keçirilən olimpiadada ümumi təhsil məktəblərinin VI-VII sinif şagirdləri iştirak etdi. Olimpiadanın məktəbdaxili mərhələsində Bakı şəhəri üzrə məktəblərdən 7000-ə yaxın şagird rəqabət aparıb.
Məktəbdaxili mərhələdə şagirdlər 1 saat yarım (90 dəq) vaxt ərzində riyazi, bədii, mücərrəd və verbal məntiqi təfəkkür növlərinə aid 25 test sualını cavablandırıblar.
Məktəbimizin İlk turda uğur əldə edən şagirdlərindən - 7f sinif şagirdi Elmir Xləfbəyli, 6F sinif şagirdi Leyli Baxşıyeva, 7a sinif şagridi Zəhra Səfərli və 6e sinif şagirdi Aslan İbrahimov olimpiadanın final mərhələsinə vəsiqə qazanmışlar.
Şagirdlərimizə olimpiadanın final mərhələsində yüksək nailiyyətlər qazanmağı arzu edirik!