Yeni tədris ilinin başlanması

2020-2021-ci tədris ilində pandemiya ilə əlaqədar  olaraq, dərslər həm əyani, həm də distant (məsafədən) formada təşkil edilib.

Sentyabrın 15-də I-IV siniflər tədris ilinə əyani və distant (məsafədən), V-XI siniflər isə distant formada başlayıb.

Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunun ümumi təhsil müəssisələrinin fəaliyyəti əyani olaraq həftədə 2 dəfə, digər şəhər və rayonlarda isə əyani formada həftədə 3 dəfə xüsusi tədris planlarına uyğun təşkil edilir.

Ə.Abbasov adına 257 nömrəli tam orta məktəb də yeni tədrsi ilində ilk dərs gününə pandemiya ilə əlaqədar olaraq  mövcud qaydalara uyğun şəkildə ,müvafiq sanitar-gigiyenik qaydalara əməl edərək başlamışdır.

Yeni tədris ilinin ilk dərsləri  I- IV siniflərdə (əyani formada) “Gigiyena qaydalarına necə əməl edirəm?”, V-IX siniflərdə (distant (məsafədən) formada) “Müstəqil öyrənmə bacarıqlarına yiyələnmək zamanın tələbidir”, X-XI siniflərdə (distant (məsafədən) formada) “Məsuliyyətli vətəndaş qüdrətli dövlət deməkdir” mövzularına həsr  olunmuşdur.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi