Kiber Fəza Riyaziyyat Olimpiadasının bürünc medalçısı- şagirdimiz Fidan Qarayeva

İyulun 21-də virtual olaraq keçirilən Kiber Fəza Riyaziyyat Olimpiadasının (Cyberspace Mathematical Competition) nəticələri elan olunub. Nəticələrə əsasən, Azərbaycan məktəbliləri 1 gümüş,  6 bürünc medal və 1 həvəsləndirici mükafat əldə ediblər.

12-14 iyul 2020-ci il tarixlərində virtual olaraq Kiber Fəza Riyaziyyat Olimpiadası keçirilib. İki gün keçirilən olimpiadada iştirakçılara 4 məsələ təqdim edilib və onların həlli üçün 5 saat vaxt verilib. Beynəlxalq Riyaziyyat Olimpiadasında (İMO) iştirakı nəzərdə tutulan ölkələrin milli komandaları daxil olmaqla,  bilik yarışına ümumilikdə 75 ölkədən 555 məktəbli qatılıb.

Bu möhtəşəm bilik yarışında Bakı şəhəri 257 nömrəli tam orta məktəbin 8-ci sinif şagirdi Fidan Qarayeva bürünc medal qazanıb.

Xatırladaq ki.bu,Fidanın riyaziyyat elmi sahəsində ilk müfəffəqiyyəti deyil,onun bu yarışmalarda uğurları çoxdur. O, Ukraynanın Kiyev şəhərində keçirilən VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) iştirak etmiş, bürünc medala layiq görülmüşdü. Daha sonra  05.06.2020-ci il tarixində RFO  riyaziyyat aşağı yaş qrupu üzrə iştirakçılar arasında qalib gələrək II yerə layiq görülmüşdür.

Fidan Qaraeyvanın qazandığı hər uğur  məktəbimizin müəllim və şagird  kollektivi tərəfindən böyük qürur hissi ilə qarşılanır. İstedadlı şagirdimiz Fidana onunla fəxr etdiyimizi deyir və  gələcək yarışmalarda daha yüksək nailiyyətlər qazanmağını arzu edirik!

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi