Müəllimlərin qanvermə aksiyasında iştirakı

    Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın təşəbbüsü ilə irsi qan xəstəliklərindən, xüsusilə də talassemiyadan əziyyət çəkən insanlara kömək və koronavirus pandemiyası zamanı ehtiyat qan bankının zənginləşdirilməsi məqsədilə başlanılmış xeyirxah kampaniyaya dəstək çərçivəsində  22 iyul 2020-ci il tarixində Xətai Rayon İcra Hakimiyyəti tərəfindən qanvermə aksiyası keçirilib.

    Bu xeyirxah aksiyada  Ə.Abbasov adına 257 nömrəli tam orta məktəbin müəllim kollektivi də iştirak etdi. Başda məktəbin direktoru, direktor müavinləri olmaqla, məktəbin çoxsaylı müəllim heyəti bu gözəl təşəbbüsə qoşularaq qan verdilər. Dəvət olunmuş həkim briqadası tərəfindən hamı lazımi müayinədən keçirildikdən sonra aksiya yüksək səviyyədə həyata keçirildi.

    Qanvermə aksiyası zamanı Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən müəyyən edilmiş bütün sosial izolyasiya qaydalarına riayət edilib.

    Yığılan qan ehtiyatı yoxlanılaraq talassemiya, hemofiliya və digər qan xəstəliklərindən əziyyət çəkən uşaqlar üçün istifadə olunacaq.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi