Fidanın növbəti uğuru

İlk dəfə 2012-ci ildə İngiltərədə təşkil olunan Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO) məktəbli qızlar arasında keçirilən bilik yarışıdır. 2017-ci ildə İsveçrədə 43 ölkənin iştirakı ilə keçirilən olimpiadaya azərbaycanlı şagirdlər də qatılıb, məktəblilərimiz bu yarışda iki həvəsləndirici sertifikata layiq görülüb.

257 nömrəli məktəbin şagirdi Fidan Qarayeva da Ukraynanın Kiyev şəhərində keçirilən VIII Avropa Qızlar Riyaziyyat Olimpiadasında (EGMO) iştirak etmiş, bürünc medala layiq görülmüşdü. Bu münasibətlə Təhsil naziri Ceyhun Bayramov Fidanla görüşmüş,onun adının  olimpiada tarixinə ən gənc qalib kimi yazılmasını ölkəmiz üçün qürurverici olduğunu qeyd etmişdir.

Qeyd edək ki, 2020-ci ilin aprelində Niderlandda keçirilməsi planlaşdırılan  növbəti IX Beynəlxalq Avropa Qızlar Riyaziyyat Olimpiadası (EGMO2020) Covid-19 pandemiyası ilə əlaqədar virtual şəkildə təşkil olunub.

Builki olimpiadaya dünyanın 52 ölkəsindən 205 şagird qatılıb. Bu il sözügedən olimpiadada da Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi Ləman Ağazadə və XI sinif şagirdi Zəhra Bayramlı,    Bakı şəhəri 257 nömrəli məktəbin VIII sinif şagirdi Fidan Qarayeva və Humanitar fənlər təmayüllü liseyin X sinif şagirdi Aysun Bayramlı ölkəmizi təmsil edirlər. Həmin məktəblilər karantin dövründən əvvəl Beynəlxalq olimpiadalara hazırlıq mərkəzinin şagirdləri arasında keçirilən seçmə imtahanlarının nəticələrinə əsasən müəyyənləşdirilib.

Bu çətin günlərdə aldığımız xoş xəbər məktəbimizin rəhbərliyi,müəllim və şagird kollektivində  çox  böyük ruh yüksəkliyi və motivasiya yaratmış oldu. Şagirdimiz Fidana qatılacağı bilik yarışmalarında uğurlar diləyir ,yeni-yeni müvəffəqiyyətlər qazanmağı arzu edirik!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi