Aprel şəhidlərini yad edirik

2016-cı il aprelin əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri Ermənistan silahlı qüvvələri tərəfindən intensiv artilleriya atəşinə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını aldı. Bu, aprel döyüşləri kimi tarixiləşdi.

Tərtər rayonunun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonunun Lələtəpə yüksəkliyi və Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonunun Madağız kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Döyüşlər Azərbaycan Silahlı Qüvvələrinin qələbəsi ilə nəticələndi.

Bu döyüşlərdə şəhid olmuş Azərbaycanın igid oğulları qəhrəmanlıq salnaməsi yazdı.

Aprel döyüşlərində qəhrəmanlıq göstərərək həlak olmuş şəhidlərdən biri Azərbaycan Silahlı Qüvvələrinin giziri Rusif İbrahim oğlu Ağayevdir. Qeyd edək ki, Rusif İbrahim oğlu Ağayev 1987-ci il aprelin 16-da Lənkəran rayonunun Hirkan kəndində anadan olub. O, orta məktəbi bitirdikdən sonra hərbi xidmətə yollanıb. Hərbi xidmətini başa vurduqdan sonra isə könüllü olaraq xidmətini davam etdirib. Rusif Ağayev 2016-cı ilin aprelində Talış yüksəklikləri uğrunda gedən döyüşlərdə öz əsgər yoldaşlarını xilas edən zaman başından aldığı snayper gülləsi nəticəsində şəhid olub. Onun iki övladı: Zəhra və Əli məktəbimizdə təhsil alır. Məktəb rəhbərliyi hər zaman bu ailəni diqqətində saxlayır və mənəvi dəstək olur. Rusif Ağayevin ailəsi və iş yoldaşları məktəbdə keçirilən tədbirlərə dəvət olunur. Hər zaman şagirdlərə qəhərman döyüşçünün keçdiyi həyat yolu örnək göstərilir.

Bu gün Aprel döyüşləri kimi tarixə düşən müharibənin ildönümüdür. Döyüşlərdə həlak olan qəhrəman oğullarımızı dərin hüznlə yad edirik. Ruhunuz şad olsun, əziz şəhidlər!

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi