"Virtual məktəb" layihəsinə qoşulaq

Koronavirusa yoluxma hallarının qarşısının alınması məqsədilə sosial təcrid tədbirləri çərçivəsində 2020-ci ilin mart ayının 3-dən aprelin 18-dək bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb və bununla bağlı bütün tədbirlər təxirə salınıb .

Mövcud tibbi-profilaktik vəziyyəti nəzərə alaraq elə ilk günlərdən məktəbimizin müəllimləri tədris prosesinin dayandırılması səbəbindən onlayn tədris imkanlarının müzakirəsinə qoşuldular.

Müəllimlər əvvəlcə “whatsap" vasitəsilə həm valideynlər, həm də şagirdlərlə əlaqə yaradaraq gündəlik tapşırıqlar verir, sualları cavablandırır, hətta ev tapşırıqlarını belə yoxlayırdılar. Daha sonra “Zoom” proqramına qoşulan müəllimlər qrup şəklində işləmək imkanı qazandı.

Məktəbimizin müəllim kollektivi böyük həvəs və əzmkarlıqla hər gün valideyn və şagirdlərlə əlaqə yaradaraq onlara dərslərindən geri qalmamaqda yardım edirlər.

Xatırladaq ki, Təhsil Nazirliyinin təşkilatçılığı ilə martın 11-dən “Mədəniyyət” kanalında “Dərs vaxtı” proqramı yayımlanmağa başlandı. Həftənin 5 günü yayımlanan teledərslər bütün sinifləri əhatə etməklə həm Azərbaycan, həm də rus bölmələri üzrə keçirilir. Dərslər əvvəlcədən elan edilmiş cədvəl əsasında təqdim olunur. Teledərslərin bütün ölkə ərazisi üzrə yayımlanmasında əsas məqsəd tədrisdə yaranmış fasilə zamanı şagirdlərin geriləməsinin qarşısını almaqdır. Şagirdlərin teledərsləri onlara uyğun vaxtda izləmək imkanı da yaradılmışdır. “Dərs vaxtı” proqramı müəllim, valideyn və şagirdlərə bu çətin dönəmdə çox böyük dəstək oldu.

Bu gün müəllimlər daha bir şad xəbər aldılar. Artıq aprel ayının 2-dən etibarən Təhsil Nazirliyi tərəfindən “Virtual məktəb” layihəsinə start veriləcəkdir. Layihə haqqında xəbər müəllim kollektivinə çatdırıldı və böyük ruh yüksəkliyi ilə qarşılandı.

Layihənin məqsədi yayımlanan teledərslərin imkanlarını daha da genişləndirməkdir. Təhsil Nazirliyi bütün şagirdləri və onların valideynlərini aprelin 2-dən başlayaraq virtual.edu.az onlayn portalında qeydiyyatdan keçməyə dəvət edir. İnanırıq ki, məktəbimizin şagirdləri bu layihəyə çox böyük həvəslə qoşulacaqdır. Biz müəllimlər də hər zaman onlara dəstəyik və bir şüarımız var : “ Evdə qal,dərsdən qalma! “

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi