Şagirdlərin " Evdə qal" layihəsi
Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınması üzrə dövlət tərəfindən həyata keçirilən tədbirlər çərçivəsində insanların fərdi evlərində və mənzillərində, daimi və ya müvəqqəti yaşadıqları (olduqları) yerlərdə qalmaları tələb olunur.
Bu qərara əsasən 257 saylı orta məktəbin şagirdləri də “Evdə qal” layihəsinə qoşularaq, hər kəsə sosial mesajlar hazırlamış və bunları müxtəlif sosial şəbəkələrdə paylaşmışlar. Onların bu layihəsində hər bir kəsə demək istədikləri bir tövsiyə var: "Evdə qalaq ki, bu xəstəlikdən özümüzü də, yaxınlarımızı da qoruya bilək! "