Məktəbdə dezinfeksiya işinin təşkili

    

    Azərbaycanın ümumi təhsil müəssisələrində  korona virusla mübarizə ilə bağlı tibbi-profilaktik vəziyyətə nəzarət gücləndirilib, dezinfeksiya işlərinin və qabaqlayıcı tədbirlərin həyata keçirilməsi intensivləşdirilib.

    Qərara əsasən ,Ə.Abbasov adına 257 saylı tam orta məktəbdə üç dəfə tibbi-profilaktik və dezinfeksiyaedici işlər aparılmışdır. Bunun üçün məktəb bütün dezinfeksiyaedici və gigiyenik vasitələrlə təchiz olunmuşdur. Bundan əlavə, məktəbin kollektivi , şagirdlər və valideynlər arasında aktiv maarifləndirmə işləri aparılmış, kütləvi tədbirlər və ekskursiyalar məhdudlaşdırılmışdır. Təhsil Nazirliyi tərəfindən valideynlərə tövsiyələr hazırlanmış, həmin tövsiyələr məktəbin müəllimləri tərəfindən  sosial media vasitəsilə  valideynlərə çatdırılmışdır.

    Qeyd edək ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin yanında operativ qərargahın məlumatına əsasən, tibbi-profilaktik, dezinfeksiyaedici və digər qabaqlayıcı tədbirlərin intensivləşdirilməsi məqsədilə 3-9 mart 2020-ci il tarixlərində (ilk tədris günü mart ayının 10-u müəyyən edilir) bütün təhsil müəssisələrində tədris, təlim-tərbiyə prosesi dayandırılıb. Bu müddət ərzində bütün təhsil müəssisələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlərin başa çatdırılması nəzərdə tutulur

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi