Tarix fənni üzrə viktorina və açıq dərslərin təşkili
AMEA Milli Azərbaycan Tarixi Muzeyindən Bakı Şəhəri üzrə Təhsil İdarəsinə ünvanlanmış məktubda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 04.12.2019-cu il tarixli Sərəncamına əsasən cari ildə Azərbaycan tarixinin geniş təbliği və maarifləndirmə məqsədilə ümumtəhsil müəssisələrində tariximizin müxtəlif dövrlərini əhatə edən mühazirələrin, tarix fənni üzrə viktorina və açıq dərslərin keçiriləcəyi bildirir.
Məktəbin VIIIA və VIIIÇ siniflərində tarix fənni üzrə yuxarıda sadalanan mövzular əsasında açıq dərs və viktorina keçirilimişdir. Dərslərdə şagirdlərin göstərdikləri fəallıq, araşdırma aparma maraqları, Azərbaycan tarixini daha da dərindən öyrənmə istəkləri çox təqdirəlayiqdir. Bu cür dərslərin sayının çoxaldılması və şagirdlərdə tarix fənninə olan marağın daha da yüksəldilməsi üçün fənn müəllimlərinin öhdəsinə çox şey düşür. Onlar da müxtəlif dərs üsullarından istifadə etməklə şagirdlərin bilik və bacarıq vərdişlərini formalaşdırmaq üçün çalışırlar.