Xocalı soyqırımı-XX əsrin faciəsi

1992-ci il 26 fevral …

Bu tarix nə deyir, nə anladır bizə? O gündən 28 il ötsə də, xalqın yaddaşı hələ də qan ağlayır. Dünyanın müxtəlif ölkələrində yaşamaqlarına baxmayaraq, elə bir azərbaycanlı yoxdur ki, erməni cəlladlarının Xocalıda törətdiyi bu qətliamı unutmuş olsun.

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Hər il olduğu kimi məktəblərdə Xocalı qətliamının anım günü keçirilir. Şagirdlər məktəbdə Xocalı faciəsinin dəhşətli səhnələrini özündə əks etdirən şəkil-stendin qarşısında toplaşaraq ermənilərin törətdikləri vəhşilikləri əks etdirən məlumatlar paylaşmış, Xocalı soyqırımına həsr olunmuş şeirlər söyləmişlər.

Hər il Xocalı soyqırımının anım günündə hər kəsin qəlbində bir arzu, bir istək oyanır: ”Kaş tezliklə düşmən əsarətində inləyən torpaqlarımızı geri alardıq. O zaman Xocalı faciəsində şəhid olmuş insanların  ruhu  da dinclik  tapmış olardı”.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi