Kimya -biologiya müəllimlərinin Forumu

    20 fevral 2020-ci il tarixində Qərbi Kaspi Universitetində Kimya-biologiya müəllimlərinin Forumu keçirilib. Forumda respublikanın 50-ə qədər orta ümumtəhsil məktəbindən 100-dən artıq müəllimi iştirak edib.

    Qərbi Kaspi Universitetinin müəllimləri - kimya üzrə fəlsəfə doktoru, dosent Nəcibə Şirinova "Karbohidratlar" , biologiya üzrə fəlsəfə doktoru Natəvan Kərimova "İmtahan stressi və motivasiya üsulları",  kimya üzrə fəlsəfə doktoru Lalə Qurbanova "Təhlükəsiz qida məhsulları", biologiya üzrə fəlsəfə doktoru Ayaz Məmmədov "Biotexnoloji məhsullar: üstün və zərərli tərəfləri" mövzularında məruzələrlə çıxış etmiş,sonra isə məruzələr ətrafında müzakirələr aparılmışdır.

    Forumun keçirilməsində əsas məqsəd orta məktəb müəllimlərini ixtisaslaşdıqları istiqamət üzrə yeni bilik və informasiyalarla tanış etmək, məlumat mübadiləsi həyata keçirmək, universitet və məktəb müəllimləri arasında əməkdaşlıq əlaqələrinin qurulmasına töhfə verməkdən ibarət olub.

    Məktəbin biologiya müəllimi Maarifə Şəkərova da bu Forumda iştirak etmiş və sertifikata layiq görülmüşdür.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi