"Mütaliəni həyat tərzinə çevirək"

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı "Tədbirlər Planı"nda göstərilən I bəndinə əsasən  "Məktəbdə tərbiyə işinin təkmilləşdirilməsi" bölməsinin 1.4. "Mütaliəni həyat tərzinə çevirək" devizi ilə şagirdlərin bədii, elmi-kütləvi, ictimai-siyasi ədəbiyyat nümunələrinin mütaliəsinə həvəsləndirilməsi, kitabxana xətti ilə bədii əsərlərin oxusu və müzakirəsinin təşkili" ilə bağlı tədbirlər davam edir.

Bununla bağlı  14 fevral 2020-ci il tarixində 4Ç sinif müəllimi Maral Əliyeva şagirdləri ilə məktəbin kitabxanasında A.Şaiqin "Məktub yetişmədi" hekayəsinin müzakirəsini təşkil etdi. Şagirdlər əsəri mütaliə etdikdən sonra onun ideyasını müəyyənləşdirərək müzakirəyə başladılar. Müzakirədə Babazadə Aylin, Əmirli Mehdi, Şükürlü Muhamməd, Rzazadə Emin, Nurəliyeva Əminə fəal iştirak etdilər.  Əsər təhlil olundu. Şagirdlər əsərdəki obrazlar haqqında münasibətlərini bildirərək bu hekayədə insan psixologiyasının təzahüründən danışdılar. “Məktub yetişmədi” hekayəsindəki Qurban obrazı onun ailəsinin faciəsi şagirdlərə daha çox təsir etdi.

Müzakirələrə yekun olaraq məktəbin ibtidai sinif müəllimi bildirdi ki, söhbət Şaiqin "Məktub yetişmədi" kimi klassik sənət nümunəsindən gedirsə, burada, təbii ki, bütün ideoloji maraqlar kənara qoyulmalı, əsərin ortaya qoyduğu əsas ideya - insan və onun xoşbəxtliyi problemi, onun sənətkar tərəfindən necə işlənməsi müəyyənləşdirilməlidir.  "Məktub yetişmədi" hekayəsinin əsasında insan konsepsiyası dayanır, burada əks olunan bütün başqa təfərrüatlar - dövr, mühit, obrazlar əsərin əsas qayəsinin fövqündə dayanan, ona yardımçı olan detallardır. Əsas məsələ Qurbanın kimliyi, nə işlə məşğul olması, harada yaşaması yox, onun mənəvi dünyası, nakam arzuları, puça çıxmış xəyallarıdır. Qurban ailəsinin xoşbəxtliyi, övladlarının korluq çəkməməsi üçün hər cür əziyyətə dözür, nəhayət həyatını fəda edir. Əsərdən də göründüyü kimi neft elədə asanlıqla əldə edilmir. Qurban kimi nə qədər neft qurbanları ailəsini dolandırmaq üçün həyatlarını itirib xoşbəxtliyə asanlıqla nail olmaq olmur. Xoşbəxt olmaq fədakarlıq tələb edir. Əsərin baş qəhrəmanı Qurban da sanki təhlükəni hiss edər kimi uşaqlarını analarına tapşırır. Bəli o, ailəsi uğrunda əsl fədakarlıq göstərir. Yerinə yetirdiyi işin nə qədər çətin və təhlükəli olması onu narahat etmirdi. Onun məqsədi necə olursa olsun ailəsi üçün pul qazanmaq idi. Ən təsirlisi də odur ki, arzularını həyata keçirməyə çalışan Qurban faciəli vəfat edir. Onun məktubu kimi arzuları, xəyalları da yarı yolda qalır.

Sonda Maral Əliyeva uşaqlara tövsiyə etdi ki, az bildiyinizi başa düşmək üçün daha çox oxuyun. Kitablar özünüzə və başqalarına hörməti sizə öyrədəcək, ürəyinizi dünya və insanlıq sevgisi ilə dolduracaq.

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi