Qış tətilindən xoş bir xatirə

    Məktəbin 4C sinif şagirdlərinin qış tətilinin bir günü onlar üçün çox  xoş bir xatirəyə çevrilmiş oldu. Uşaqlar sinif rəhbərləri Şamama Həsənova ilə birlikdə Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında Lev Tolstoyun "Buratinonun macəraları" adlı tamaşasını izləmiş, oradan da çox gözəl təəssüratlarla ayrılmışdılar.

    Şamama müəllimənin fikrincə, uşaqlarda bədii ədəbiyyata, mütaliəyə marağı ta kiçik yaşlarından yaratmaq və inkişaf etdirmək lazımdır. Hələ onlar oxuduqları əsərlərin bir də tamaşasını izlədikdə bunun onların balaca uşaq dünyalarında necə dərin iz buraxdığının şahidi olmuş oluruq. Hər oxunan əsər şagirdlərin dünyagörüşünün, həyata baxışının inkişafına təkan verir, onların zehni qavrayışlarının yüksəlişinə səbəb olur. Məhz bu səbəbdən də uşaqların mənəvi dünyasını zənginləşdirmək, onların daxili dünyasını gözəlləşdirmək üçün bu cür təşəbbüslərin sayını artırmaq lazımdır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi