IX siniflərdə monitorinq

    24  yanvar 2020-ci il tarixində məktəbdə növbəti monitorinq keçirildi. Monitorinqin keçirilməsi üçün məktəbdaxili komissiya yaradılmış və məktəb rəhbərliyi tərəfindən nəzarətçi müəllimlər təyin olunmuşdur. Sınaq qiymətləndirmədə Azərbaycan bölməsi üzrə 5, rus bölməsi üzrə 1 sinif olmaqla bütün 9-cu sinif şagirdləri iştirak etdi. Azərbaycan dili, riyaziyyat və ingilis dili fənləri üzrə qapalı tipli 2 variantdan ibarət 90 sualı cavablandırmaq üçün şagirdlərə 180 dəqiqə vaxt verildi. Sınaq qiymətləndirmə saat 9:00-da başlayıb, 12:00-da da başa çatmışdır. Sınaq qiymətləndirmə sual kitabçasında verilən sualları cavablandırmaqla aparılıb.Qiymətləndirmənin nəticələri qısa zamanda şagird və müəllim kollektivinə çatdırılacaq və təhlil ediləcək. 

    Sınaq qiymətləndirmənin keçirilməsində əsas məqsəd fənlər üzrə təlim nəticələrini artırmaq, məktəb özünüqiymətləndirmənin formalaşdırılmasından ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi