Milli-mənəvi dəyərləri təbliğ edən ədəbiyyat nümunələri

    Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Bakı Dövlət Universitetinin 100 illik yubileyi münasibəti ilə keçirilən mərasimdəki nitqindən irəli gələn vəzifələrin icrası ilə bağlı "Tədbirlər Planı"nın təsdiq edilməsi barədə  Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə uyğun ümumitəhsil müəssisələrində bir sıra tədbirlərin həyata keçirilməsi nəzərdə tutulur. 

    Bununla bağlı 24.01.2020-ci il tarixində məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Bahar Hüseynova 8Ç sinif şagirdləri ilə birgə kitabxanada Cəlil Məmmədquluzadənin "Anamın kitabı" əsərinin müzakirəsini təşkil etdi. 

    Məktəbin 8Ç sinif şagirdləri öz mütaliələri ilə kitabxanamızın ən fəal üzvləri kimi tanınırlar. 

    Azərbaycançılıq ideyaları, milli-mənəvi dəyərləri təbliğ edən əsərləri daha çox oxuyurlar. Bu gün həmin sinfin şagirdləri ilə Cəlil Məmmədqluluzadənin "Anamın kitabı" əsərinin oxusu təşkil olunmuşdur. Mütaliədən sonra əsərin müzakirəsi oldu. Şagirdlərdən Xəlilova Zəhra, Xəlilov Vaqif, Şirinova Aysel, Əkbərov Adəm, Əliyev Fərid bu müzakirələrdə fəal iştiak etdilər. Onlar çıxışlarında bildirdilər ki, azərbaycançılıq ideyalarının nə demək olduğunu məhz bu əsərdən öyrəndik. XX əsrin əvvəllərində Azərbaycanda mövcud olan üç sosial təbəqəni nəzərdə tutaraq ədib deyirdi: "Birləşərək vətənimizə, milli-mənəvi dəyərlərimizə sahib çıxaq". 

    Əsərdə üç qardaşın yad dillərə, yad mədəniyyətə meyil etməsi vətənin varlığını təhlükə altına salır. Şagirdlər qeyd etdilər ki, bu əsər bizə vətəni sevməyi, dilimizin saflığı keşiyində durmağı, bütün milli-mənəvi dəyərlərimizə sahib çıxmağı öyrədir. 

    Məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Hüseynova Bahar müzakirələrə yekun vuraraq bildirdi ki, belə vətənpərvərlik ruhunda yazılmış əsərləri daha çox mütaliə etmək lazımdır. Bu əsərlər sizi Azərbaycanımızın adının dünyanın inkişaf etmiş ölkələri ilə eyni sırada çəkilməsi işində xarüqələr yaratmağa ruhlandırır.

    Əsərin müzakirəsini təşkil etməkdə əsas məqsəd şagirdlərə milli-mənəvi dəyərləri aşılamaq və onlarda azərbaycançılıq ideyalarını təbliğ edən ədəbiyyat nümunələrinin mütaliəsinə daha çox maraq yaratmaqdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi