Fənn olimpiadasının qalibləri
12.01.2020 tarixində Respublika fənn olimpiadalarının rayon (şəhər) mərhələsi keçirilmişdir. Respublika fənn olimpiadaları ölkənin bütün şəhər və rayonlarında ümumilikdə 83 mərkəzdə təşkil edilib.
Bilik yarışında IX, X, XI, həmçinin xüsusi istedada və hazırlığa malik VIII sinif şagirdləri iştirak ediblər.
Respublika fənn olimpiadaları riyaziyyat, fizika, kimya, biologiya, informatika, Azərbaycan dili və ədəbiyyat, coğrafiya və tarix olmaqla 8 fənn üzrə keçirilib.
Fənn olimpiadalarının keçirilməsində məqsəd istedadlı şagirdlərin aşkar edilməsi, onlarda fənlərin dərindən öyrənilməsinə marağın artırılması, bilik və bacarığı, eləcə də çalışqanlığı ilə seçilən şagirdlərin qiymətləndirilməsindən ibarətdir.
Məktəbin 10 nəfər şagirdi müxtəlif fənlərdən Respublika fənn olimpiadalarında uğurla iştirak edərək Respublika olimpiadasına vəsiqə qazanmışdır.