I yarımil üzrə Böyük Summativ Qiymətləndirmə keçirilir

    Ümumtəhsil məktəblərində məktəbdaxili qiymətləndirmənin aparılmasına dair təlimata və məktəbin Fəaliyyət Planına uyğun olaraq əldə edilmiş şagird nailiyyətlərinin qiymətləndirilməsi məqsədi ilə yanvarın 21-dən IV, IX vəXI siniflərdə  2019/2020-ci tədris ilinin I yarımili üzrə Böyük Summativ Qiymətləndirilmə (BSQ) keçirilməsinə başlanılıb.

    Şagirdlər bütün fənlər üzrə I yarımildə keçirilən mövzular əsasında ümumtəhsil müəssisəsi rəhbərliyinin təşkil etdiyi komissiya tərəfindən hazırlanmış sualları cavablandırıblar. 

    BSQ məktəb rəhbərliyinin ciddi nəzarəti ilə fənni tədris edən müəllimlər tərəfindən aparılır. BSQ-nin nəticələri qısa zamanda xüsusi komissiya tərəfindən yoxlanılaraq Pedaqoji şurada müzakirə olunacaq. 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi