20 Yanvar-istiqlal mübarizəmizin faciə və qəhrəmanlıq səhifəsi
Qədirbilən xalqımız 20 Yanvar şəhidlərinin xatirəsini həmişə əziz tutur. Çünki onlar Azərbaycanın yenidən öz dövlət müstəqilliyini bərpa etməsində böyük rol oynayıblar. Azərbaycanın yenidən müstəqillik qazanmasında xalqımızın qəhrəman oğullarının əvəzsiz xidmətləri olmuşdur. Eyni zamanda xalqımızın böyük oğlu, görkəmli siyasət və dövlət xadimi, ümummilli liderimiz Heydər Əliyevin müstəqil Azərbaycan dövlətinin qurulmasında, gücləndirilməsində və dünya miqyasında tanınmasnda müstəsna xidmətləri var. 20 Yanvar hadisələri xalqımızın 1988-ci ildə başlanan milli-azadlıq hərəkatının kulminasiya nöqtəsi idi. XX əsr xalqımızın tarixinə həm qanlı faciələrlə, həm də qəhrəmanlıqlarla dolu olan bir dövr kimi daxil olmuşdur.
Xalqımız haqlı olaraq 20 Yanvar hadisələrini həm faciə, həm də qəhrəmanlıq kimi səciyyələndirir. Çünki 20 Yanvar hadisələri xalqımızın azadlığa qovuşmasında mühüm rol oynamışdır.
Cari ildə bu qanlı faciənin otuz illiyinin anım günü qeyd olunur. Bu səbəbdən də məktəbdə silsilə tədbirlər keçirilir. Onlardan biri də 6 Ç, 7E sinif şagirdlərinin göstərdiyi 20 Yanvar faciəsinin ağrı-acılarını əks etdirən kompozisiyalar oldu. Şagirdlər bu günün dərin kədərini söylədikləri şeirlərdə,ifa etdikləri kiçik tamaşalarda göstərmiş oldular.Bu körpə fidanların baş vermis faciədən necə sarsıldıqları onların titrəyən səslərindən,kədər çökmüş simalarından oxunmuş olurdu. Tədbirin son şüarı bu idi: “Bir də xalqımız belə ağır faciələr yaşamasın!”