20 Yanvar tarixin şanlı səhifəsidir

    20 Yanvar faciəsindən otuz il ötsə də həmin günün dəhşətləri hələ də unudulmur. Azadlıq mücadiləsində canından keçən şəhidlərimizin xatirəsi böyük ehtiramla yad edilir.

    Məktəbin dəhlizində artıq bir neçə gündür 20 Yanvar faciəsini əks etdirən şəkillərdən və divar qəzetlərindən ibarət sərgi nümayiş olunur. Sərgidə qürur yerimiz olan Şəhidlər Xiyabanı, ölkəmizin ərazi bütövlüyü uğrunda mübarizəyə qalxmış dinc əhaliyə divan tutulması, yüzlərlə günahsız insanın qətlə yetirilməsi və yaralanması, gözüyaşlı anaların fəryadını əks etdirən işlərdən ibarət guşə yaradılıb.

    Sərgidə nümayiş olunanlar məktəblilər tərəfindən maraqla qarşılanır.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi