20 Yanvar uşaqların gözü ilə

    Yanvarın 15-də məktəbin 2 Ç sinif müəllimi İlhamə Həsənova təsviri incəsənət dərsində 20 Yanvar faciəsinin otuzuncu ildönümünə həsr olunmuş "20 Yanvar uşaqların gözü ilə " mövzusunda dərs keçdi.

    20 Yavar hadisələrini bir faciə kimi təsvir etmək azdır. 20 Yanvar Azərbaycan xalqının milli azadlıq uğrunda, öz mənliyini müdafiə etmək yolunda göstərdiyi qəhrəmanlıq nümunəsidir.

    Dərsdə 20 Yanvarın tariximizə vətənimizin azadlığı və müstəqilliyi uğrunda mübarizə günü, eyni zamanda xalqımızın qəhrəmanlıq səlnaməsi günü kimi daxil olduğu vurğulandı.

    Şagirdlər 20 Yanvar faciəsi haqqında düşüncələrini çəkdikləri rəsmlərdə ifadə etdilər. Sonda əl işlərinin təqdimatı oldu.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi