Quşların dostları

    10 yanvar 2020-ci il tarixində 1sinif müəllimi Yeganə Göyüşova Azərbaycan dili fənni üzrə "Quşların dostları" adlı açıq dərs keçirdi. Dərsin mövzusu "Q" hərfi -"Quşların dostları" oldu. Müəllim dərsdə kiçik həcmli mətnləri düzgün tələffüz etməklə oxuyur, mətndəki əsas fikri müəyyənləşdirir və sadə formada ifadə edir, standartlarını reallaşdırır. Dərsin motivasiyası Abbas Səhhətin "Quşlar" şeiri ilə quruldu. Müəllim uşaqlara quşlar haqqında ümumi məlumat verdi. Dərslikdən oxunan mətn təhlil edildi.

    Bu dərs şagirdlərdə təbiətə, heyvanlara sevgi, onları qorumaq hissini daha da gücləndirdi. Sonda şagirdlər soyuq qış günlərində quşlara qayğı göstərmək məqsədi ilə hazırladıqları yuvaları nümayiş etdirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi