Yubilyar müəllimlərimiz
30 dekabr 2019-cu il tarixində məktəbin rəhbərliyi tərəfindən pedaqoji görüş keçirildi. Məktəbin direktoru Qarat Qaratov müəllim kollektivini 31 Dekabr Həmrəylik Günü və Yeni il münasibəti ilə təbrik edərək onlara işlərində uğurlar dilədi. Sonra 2019-cu tədris ili müddətində məktəbin şagirdlərinin qazandığı nailiyyətlərdən söz açaraq bildirdi ki, şagirdlərimiz il ərzində müxtəlif müsabiqə və tədbirlərdə iştirak edərək böyük uğurlar qazanmışlar. Qarat müəllim qalib olaraq “Fəxri fərman”lara layiq görülmüş şagirdlərin Aydan Nəsibli, Rəsul Rzayev, İbrahim Mirzəyev, Aydan Musayeva, Məryəm Qiyasova və digərlərinin adlarını çəkərək onların nailiyyətləri barədə söz açdı. Bu şagirdlərin əldə etdikləri bilik və bacarıqlarda əsaslı rolu olan müəllimlərin adlarını çəkərək onları təltif etməyi də unutmadı. Məktəbin təlim- tərbiyə işləri üzrə direktor müavini Şəhla Xəlilova səmərəli fəaliyyətinə görə rus dili və ədəbiyyatı müəllimi Yelena Qruşenkovaya Rusiya İnformasiya və Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tədbirlərdə fəal iştırakına görə, tarix müəllimi Səbinə Məlikova, Zəkiyyə Şabanova ümummilli lider Heydər Əliyev haqqında inşa yazısı ilə qalib olan Aydan Məlikovanın uğuruna görə, İradə Seyidova “Kiçik Akademiya" üzvləri arasında keçirilən müsabiqələrdə fəal iştirakına görə Bakı Şəhəri üzrə Təhsil İdarəsi (BŞTİ) tərəfindən “Fəxri fərman”lara layiq görülmüşdülər.
Sonra məktəbin direktoru müəllimlər üçün gözlənilməz olan daha bir mövzuya toxunaraq Bakı Şəhəri üzrə Təhsil İdarəsinin təşəbbüsü ilə keçirilən yubiley yaşı tamam olmuş müəllimlərin təltif olunması mərasimini məktəbin müəllimləri ilə qeyd edilməsinin məqsədəuyğun olduğunu bildirdi. Direktor yubiley yaşı tamam olmuş müəllimlərimizə sağlam ömür, səmərəli iş fəaliyyəti və müvəffəqiyyətlər arzu etdi və yubilyarları: Şəhla Xəlilova, Aybəniz Rəşidova, Qızyetər Ömərova, Svetlana Məmmədova, Sevinc Qurbanova, Nərgiz İsgəndərova, Pərvanə İbrahimova, Səadət Quliyeva,Tamara Ramazanova, Kəmalə Məhərrəmova və digər müəllimləri “Fəxri fərman”larla təbrik etdi.