Innovativ Texnologiyaların təhsildə rolu

    Təhsil Nazirliyinin sifarişi ilə Təhsildə İnnovativ Texnologiyalar Əlavə Təhsil Mərkəzi tərəfindən 2018-ci ilin dekabr ayından etibarən respublika üzrə 4 min nəfər müəllim üçün informasiya texnologiyalarının təhsildə tətbiqinə aid təlimlər təşkil olunmuşdur.

    257 nömrəli məktəbdə də “İTE Təhsildə İnnovativ Texnologiyalar” layihəsi adı altında üç aylıq təlim-kurs məşğələləri keçirildi. Bu təlimin keçirilməsində məqsəd müəllimlərin İKT bacarıqlarını daha da inkişaf etdirmək, onları Web2 alətləri ilə tanış edərək öyrəndiklərini dərslərdə də tətbiq etməklərinə nail olmaq idi.

    Məktəbin müəllimlərindən Azərbaycan dili və ədəbiyyat müəllimi Ülviyyə Ələsgərova, riyaziyyat müəllimi Afina Hüseynova, biologiya müəllimi İradə Seyidova, müsiqi müəllimi Könül Orucova, tarix müəllimi Sevinc Əsgərova, rus dili müəllimi Şəhla Əlizadə iştirak etdikləri bu 3 ay təlim müddətində əldə etdikləri bacarıqları dərs dedikləri siniflərdə tətbiq edərək açıq dərslər vermiş, şagirdlərdə böyük maraq hissi yaratmışlar.

    Müəllimlərə bu təlim boyunca XXI əsr bacarıqlarını möhkəmləndirməkdə və yeni biliklər əldə etməklərində yardımçı olan mentor Lamiyə İsmayılova onlarla çox gözəl əməkdaşlıq etmiş, həm müəllimlərin, həm də məktəb rəhbərliyinin dərin rəğbətini qazanmışdır.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi