Hər bir azərbaycanlı üçün birlik, həmrəylik günü

31 dekabr tarixi bütün Dünya Azərbaycanlılarının Birlik və Həmrəylik Günüdür. Bu gün hər il böyük təntənə və qürur hissi ilə qeyd olunur. Silsilə tədbirlərin davamı olaraq 29 dekabr tarixində 3A  sinif müəllimi Qızyetər Ömərova şagirdləri ilə 31 dekabr “Dünya Azərbaycanlılarının Həmrəylik  Günü”nə həsr olunmuş tədbirdə geniş proqramla çıxış etdilər. Tədbir dövlət himni ilə başladı, aparıcılar Ömər İnci və Məmmədli Hüseyn bu günün tarixi haqda ətraflı məlumat verdilər. Şagirdlər bir-birindən maraqlı şeirlər söylədi, mahnılar oxuyub, rəqs etdilər.  3A  sinf şagirdi Fidan Mirzəyeva hazırladığı gimnastika hərəkətləri ilə tədbirə bir qədər də rəng qatdı.

Tədbirin sonunda məktəbin direktoru Qarat Qaratov çıxış edərək bildirdi ki, xalqımız, dünyanın müxtəlif ölkələrində məskunlaşmış soydaşlarımız hər il dekabrın 31-də həmrəylik gününü qeyd edir. Qədim tarixə malik xalqımız bu əlamətdar bayramı uzun illərdən bəri xoş amallarla, duyğularla keçirir. Bu bayram ildən-ilə daha geniş vüsət alır və dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Sonda bir daha şagird və müəllim kollektivini “Dünya Azərbaycanlılarının Həmrəylik Günü” və Yeni il münasibətilə təbrik edən məktəbin direktoru onlara yeni-yeni uğurlar arzuladı.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi