Birlik-Həmrəylik Günü

  28 dekabr 2019-cu il tarixində məktəbdə“Dünya Azərbaycanlılarının Həmrəylik Günü”nə həsr olunmuş tədbir keçirildi.Tədbirdə  Azərbaycan dili və ədəbiyyat müəllimi Nazilə Ağapaşayevanın rəhbərlik etdiyi  7E sinif şagirdləri daha fəal iştirak etdilər. Tədbirin giriş hissəsində məktəbin direktoru Qarat Qaratov çıxış edərək bildirdi ki, 31 Dekabr artıq neçə illərdir ki, Azərbaycanda və dünyanın 70-dən çox ölkəsində ”Həmrəylik Günü” kimi qeyd olunur. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq prosesində çox böyük əhəmiyyətə malikdir. 1989-cu ildə əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan,azərbaycanlıları birliyə çağıran bu bayram hər il böyük təntənə ilə keçirilir.

    Tədbir məktəbin şagirdləri tərəfindən hazırlanmış bir-birindən maraqlı və gözəl kompozisiyalar ilə davam  etdirildi. Tədbirə dəvət olunmuş “Köhnə Bakı” rəqs qrupunun üzvləri öz gözəl ifaları ilə hamının böyük alqışını qazanmış oldular.

    Sonra tədris ili ərzində müxtəlif tədbir və müsabiqələrdə fəal iştirak etmiş şagirdlərimiz: Rusiyada Nəsiminin 650 illiyinə həsr olunmuş tamaşada iştirak edərək laureat olan 1B sinif şagirdi Nigar Məmmədli, ”Heydər Əliyev və Azərbaycan tarixi”müsabiqəsində inşa yazısı ilə qalib seçilən 11Ç sinif şagirdi Aydan Məlikova, "Gənc tədqiqatçılar” yarışında fəal iştirak edərək qaliblər sırasında yer tutan, ”Fəxri diplom”a layiq görülən 9A sinif şagirdi Rəsul Rzayev, Taekvondo idman növü üzrə ölkə və beynəlxalq yarışların qalibi olan, "Fəxri diplom” alan 7Ç sinif şagirdi Ayan Nəsibli, Rusiya İnformasiya Mədəniyyət Mərkəzi tərəfindən keçirilən tədbirdə fəal iştirak etdiklərinə görə “Fəxri diplom”larla mükafatlandırılan 6B sinif şagirdi Məryəm Qiyasova, 7sinif şagirdi İbrahim Mirzəyev, 11sinif şagirdi Timur Şepelev məktəbin rəhbərliyi tərəfindən diplom və hədiyyələrlə təltif olundular.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi