Valideynin məktəbdə bir günü

    17 dekabr tarixində Bakı Şəhəri üzrə Təhsil İdarəsinin müvafiq əmrinə əsasən “Valideynin məktəbdə bir günü” layihəsinin növbəti mərhələsi keçirildi.   Layihənin keçirilməsində əsas məqsəd valideynlərin övladları təhsil aldıqları müəssisə ilə yaxından tanışlığı, tədris prosesinin təşkilinin təkminləşdirilməsi istiqaməti üzrə rəy və  təkliflərin əldə olunması idi.

    Valideynlər məktəb foyesində növbətçilər tərəfindən qarşılandı və tədbirin gündəliyi  haqda məlumatlandırıldı.

    Görüşün əvvəlində valideynləri salamlayan məktəbin direktoru Qarat Qaratov onlara məktəb daxilində həyata keçirilən layihələr, onların əhəmiyyəti, nəticələri və faydaları, şagirdlərin təşəbbüsü ilə icra olunmuş tədbirlər barədə geniş məlumat verdi. Layihə çərçivəsində valideynlər fənn, laboratoriya, informatika və linqafon kabinetləri ilə tanış oldular. Məktəb kitabxanası, yeməkxana, tibb otağında təşkil olunan işlə bağlı məlumat aldılar. Valideynlərin qeyri-formal mühitdə məktəbin inzibati, pedaqoji və texniki işçilərlə görüşü təşkil olundu. Ehtiyacların qiymətləndirilməsi istiqamətində tərtib olunmuş anket sorğuda iştirak edən valideynlər rəy və təkliflərini bildirdilər.

    Sonda valideyn- məktəb münasibətlərinin sistemli qurulduğu təhsil müəssisələrində şagirdlərin təlim nəticələri, dərslərdə davamiyyətin yüksək səviyyədə olması, şagirdlərdə özünə inam və məmnuniyyətin daha çox formalaşdığı diqqətə çatdırıldı.

    Valideynlərlə xatirə şəkillər çəkildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi