Ümummilli Lider Heydər Əliyevin anım gününə həsr olunmuş "dəyirmi masa"
09.12.2019-cu il tarixdən məktəbdə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin dövlətçilik siyasətinin, həyat və fəaliyyətinin öyrənilməsi və gənc nəslə çatdırılması məqsədilə, eləcə də dahi şəxsiyyətin 12 dekabr xatirəsinin anım günü ilə əlaqədər “Heydər Əliyev irsinin öyrənilməsi” mövzusunda tədbirlər keçirilir. Tədbirlərin keçirilməsində əsas məqdəs ümummilli liderin dövlətçilik siyasəti və azərbaycançılıq məfkurəsinin öyrənilməsi, onun zəngin irsinin tədqiqi və təbliği, şagirdlərin müvafiq biliklərinin zənginləşdirilməsi, ölkəmizin dövlət quruculuğu prosesində ulu öndərin rolunun və xidmətlərinin gənc nəslə çatdırılmasından ibarətdir.
Tədbirin əvvəlində məktəbin 3R sinif müəllimi Xurşud Seyidova şagirdləri Dahi şəxsiyyət Heydər Əliyevin həyatının və siyasi fəaliyyətinin müxtəlif dövrlərini əks etdirən foto bölmələrlə tanış etdi.