Psixoloji xidmət
Müasir məktəbin qarşısında duran vəzifələri yerinə yetirə bilməsi üçün psixoloji köməyə ehtiyacı böyükdür. Biz tez-tez şagirdlərin təlimə münasibətlərinin zəiflənməsi, tərbiyə səviyyəsinin aşağı düşməsi, müəllim-şagird münasibətlərində eləcədə müəllim-valideyn münasibətlərində çətinliklərin olmasının şahidi oluruq.
Şagirdlərin intellektual səviyyələrinin müxtəlifliyi, risk qrupuna aid olan uşaqların xüsusiyyətləri müəllimdən onları hərtərəfli öyrənməyi və düzgün yanaşmağı tələb edir. Bu gün məktəbimizə "Rifah Gold" psixoloji reabilitasiya mərkəzinin rəhbəri Vüsalə Səfərəliyeva dəvət olunmuş və risk qrupuna daxil olan şagirdlərlə işin təşkili barədə müəllimləri maarifləndirmişdir.
Görüşdə həmçinin müəllimləri maraqlandıran suallar da cavablandırılmışdı.