Buraxılış siniflərində monitorinq
Məktəbin illik Fəaliyyət planına uyğun olaraq buraxılış siniflərində ana dili, riyaziyyat və ingilis dili fənləri üzrə biliklərin yoxlanılması davam edir. Şagirdlərin bilik, bacarıq, vərdişlərə yiyələnməsi və pedaqoji-psixoloji cəhətdən buraxılış imtahanlarına hazırlığının təmin ediməsi məqsədilə dekabrın 6-da 9-cu siniflərində növbəti test imtahanları keçirildi.
Açıq tipli suallardan ibarət qiymətləndirmənin təşkili gələcəkdə şagird nailiyyətlərinə müsbət təsirinin göstərməsinə nail olmasına xidmət edir.