Nərminin şahmat üzrə qələbəsi2 "C" sinif şagirdi Nərmin Həsənova Bakı şəhər 1 nömrəli İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Dama İdman məktəbində şahmatla məşğul olur. O 4-cü dərəcə uğrunda şahmat üzrə yarışda II yerə layiq ğörülmüşdür. Balaca Nərmini təbrik edir və ona gələcək yarışlarda bol-bol uğurlar arzulayırıq!
Nihatın idman uğurları2 "B" sinif şagirdi Nihat Cəfərov kikboksinq idman növü ilə kiçik yaşlarından məşğul olur. O, "28 may Respublika günü"nə həsr olunmuş klublararası turnirdə I yer tutmuşdur. Həmçinin, Xocalı soyqırımına həsr olunmuş klublararası turnirdə 30 kq çəkidə I yerə layiq görülmüşdür. Uğurların bol olsun!
Sabirin qələbəsi2 "C" sinif şagirdi Sabir Aslanov Bakı şəhər 1 №-li İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq Gənclər Şahmat Dama İdman məktəbində bir neçə ildir ki, şahmatla məşğul olur. O 4-cü dərəcə uğrunda şahmat üzrə yarışda II yerə layiq ğörülmüşdür. Sabiri təbrik edir, ona gələcək yarışlarda uğurlar arzulayırıq!