Cüdoda I yer8 Noyabr Zəfər Gününə həsr edilmiş cüdo turnirində 6 "C” sinif şagirdimiz Ağamalıyev Yusif 1-ci yerə layiq görülmüşdür.
İdmançımıza uğurlar və bayrağımızı daima zirvələrdə dalğalandırmağını arzu edirik.
ŞAGİRDİMİZ QAYDASIZ DÖYÜŞDƏ QALİB OLDUMəktəbimizin 6 "B" sinif şagirdi Məmmədli Nicat qaydasız döyüş idman növü üzrə Azərbaycan Pankration, Grappling və MMA Federasiyası tərəfindən keçirilən yarışda I yerə layiq görüldü. Turnir 8 Noyabr Azərbaycan Respublikasının “Zəfər Günü” münasibəti ilə “Dəmir Yumruq” döyüş klubunun açılışı ilə əlaqədar uşaqlar üçün keçirilmişdir.
İdmançımızı təbrik edir və ona gələcək yarışlarda da qalibiyyət arzulayırıq!
Karatedə yeni uğurumuzMəktəbin 5 b sinif şagirdi Seyid Hüseyn Zəfər Günü münasibəti ilə Zirvə idman klubunda keçirilən KARATE yarışmasında bürünc medal qazanıb. Şagirdimizi təbrik edir, ona uğurlarının davamlı olmasını arzu edirik.