Gənclərin peşəyönümü tərbiyəsinin təşkili

Noyabr 7-də  məktəbin akt zalında Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti və Nəsimi rayon Məşğulluq İdarəsinin nümayəndələri tərəfindən  "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" mövzusunda seminar keçirilib.

Seminarda Nəsimi rayon Məşğulluq İdarəsinin baş məsləhətçisi Asif Xancanov, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən göndərilmiş təlimçi Sevinc Mirzəyeva və əsasən məktəbin  VIII və IX sinif şagirdləri iştirak ediblər.

Seminarda ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, peşə təhsilinin əhəmiyyəti, gənclər arasında peşəyönümü işinin düzgün təşkili barədə danışılıb.  Mövzu ilə bağlı video-çarxlar nümayiş olunub.

Şagirdlərinin meyl və maraqları, gələcək seçimləri barədə fikirləri dinlənilərək, onlarla peşə seçimi ilə bağlı geniş və maraqlı diskussiyalar aparılıb.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi