Maarifləndirici tədbir keçirilib

            Noyabrın 1-də akt zalında məktəb direktoru Nihal Hacıyeva, hərbi rəhbər Zülfüqar Mehdiyev və tərbiyə işləri üzrə direktor müavini (təşkilatçı) Gülnar Qorodayevanın iştirakı ilə şagirdlərin zəlzələ zamanı davranış qaydaları ilə bağlı maarifləndirilməsi üçün tədbir keçirilmişdir.

            Məktəbin direktoru Nihal Hacıyeva öz çıxışında bildirmişdir ki, zəlzələ zamanı və ondan sonra hər bir vətəndaş özünümüdafiə məqsədilə düzgün hərəkətlərə dair biliyə malik olmalıdır. O, belə vəziyyətlərdə ən vacib məsələnin təhlükəsizlik olduğunu vurğulamışdır.

            Tədbir zamanı Zülfüqar Mehdiyev qeyd etmişdir ki, Azərbaycan Respublikasının ərazisi dünyanın seysmik cəhətdən ən aktiv qurşaqlarından biri olan Alp-Himalay qırışıqlıq qurşağının mərkəz hissəsində yerləşir. O, vaxtaşırı olaraq respublikamızın ərazisində müxtəlif intensivlikli zəlzələlərin baş verdiyini nəzərə alaraq maarifləndirici tədbirin keçirilməsinin vacib olduğunu bildirmişdir.

            Qeyd edək ki, əhalinin zəlzələ təhlükəsizliyini yalnız seysmik xidmət sahəsində çalışan mütəxəssislərin keyfiyyətli işindən yox, əhalinin zəlzələ haqqında olan biliyindən və onların psixoloji cəhətdən bu hadisəyə nə dərəcədə hazır olmasından asılıdır.

            Çıxışlardan sonra zəlzələ vaxtı davranış qaydaları haqqında videoçarx nümayiş olunmuş, dinləyicilərlə qarşılıqlı fikir mübadiləsi aparılmışdır. 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi