Tədris ilinin ilk dərsləri

Yeni tədris ilində ilk dərs məşğələsi ibtidai siniflərdə “İdman və sağlamlıq”, V-IX siniflərdə “Mütailə-mənəvi zənginliyə aparan yol”, X-XI siniflərdə isə “Azərbaycan inkişaf yollarında” mövzularına həsr olunub.

Təhsil nazirinin müvafiq əmrinə əsasən, keçirilən dərslərdə ictimaiyyət nümayəndələri, müharibə iştirakçıları, əmək veteranları və sabiq məzunları iştirak edib.

“Ümumi təhsil sahəsində 2018-2019-cu dərs ilinin prioritet fəaliyyət istiqamətləri barədə” əmrə əsasən, dərslər pedaqoji və şagird heyəti tərəfindən Dövlət himninin ifası ilə başlanıb.

Dərs zamanı ibtidai siniflərdə müəllimlər şagirdlərə sağlam həyat yaşamaq üçün idmanla məşğul olmağın faydaları barədə ətraflı məlumat veriblər. V-IX siniflərdə şagirdlərin mənəvi aləminin zənginləşməsində, dünyagörüşünün və bilik dairəsinin genişlənməsində mütaliənin mühüm rol oynadığından söhbət açılıb. Yuxarı siniflərdə isə Azərbaycanın keçdiyi inkişaf yollarından bəhs edilib.

Qeyd edək ki, ilk dərslərin bütün ümumi təhsil məktəblərində vahid mövzulara həsr olunması şagirdlərin tədris ilinə daha fəal başlamasına və səmərəli müzakirə mühitinin təşkilinə imkan verir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM