3b sinif şagirdləri №1 çörək zavodunda

Bu həftə məktəbin 3b sinif şagirdləri  sinif rəhbəri Firəngiz müəllimin rəhbərliyi ilə №1 çörək zavodunda daxili ekskursiyada oldular. Ekskursiya zamanı şagirdlərə çörəyin hazırlanma prosesi geniş və aydın şəkildə izah olundu. Şagirdlər həmin prosesi böyük maraqla izlədilər. Onlar orada xalqımızın çörəyə verdiyi dəyərin bir daha şahidi oldular. Zavodun mütəxəssisləri şagirdlərə çörəyin hazırlanması zamanı steril şəraitin, qidalanma normalarının qorunmasının nə qədər vacib olduğu izah etdilər. Şagirdlər ekskursiyadan xoş təəssüratlarla ayrıldılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi