Xocalı soyqırımının 24-cü ildönümü

25.02.2016-cı il tarixində əsrin faciəsi olan Xocalı soyqırımının 24-cü ildönümü ilə əlaqədar müvəqqəti yerləşdiyimiz Binəqədi rayonu N.Babayev adına 144 №-li məktəbin akt zalında müəllim, şagird və valideynlərin birgə iştirakı ilə anım tədbiri keçirildi. Şagirdlərin ifasında bu dəhşətli gecəni əks etdirən şeirlər səsləndi, səhnəciklər nümayiş etdirildi, videoçarxlar göstərildi. Tədbir iştirakçıları bu qanlı tarixi bir daha ürək ağrısı ilə xatırlayaraq, insanlığa sığmayan vəhşlikləri törədən erməni qəsbkarlarına öz dərin nifrətlərini ifadə etdilər.Tədbirdə məktəbin direktoru R.Allahverdiyeva, tarix müəllimi G.Allahverdiyeva, ingilis dili müəllimi A.İbrahimova, məktəbin tibb bacısı X.Kərimova faciə ilə bağlı çıxış etdilər. Tədbirin davamı olaraq 26.02.2016-cı il məktəbin müəllim kollektivi və şagirdləri tərəfindən Xocalı faciəsində həlak olanların xatirəsinə ucaldılmış "Ana fəryadı" abidəsi ziyarət edildi. ALLAH RƏHMƏT ELƏSİN!