“Valideynin məktəbdə bir günü” adlı layihə çərçivəsində görüş keçirilib

        20.02.2019-cu il tarixdə BŞTİ-nin 28.01.2019-cu il tarixli F-66 nömrəli əmrinin icrası məqsədilə məktəbdə açıq qapı günü təşkil olunub.

Layihə ilə əlaqədar məktəbə daxil olan  valideynlər  akt zalında yığışaraq hesabat xarakterli  videoçarx izlədilər.Valideyn-məktəb -müəllim münasibətlərindən söhbət açan moderatorlar müəllim nüfuzundan, valideyn-məktəb münasibətlərinin düzgün tənzimlənməsindən söhbət açıb.               Şagird nailiyyətlərində müəllim-valideyn əməkdaşlığının mühüm rol oynamasından danışan məktəbin direktoru Nihal Hacıyeva valideynləri  məktəblə sıx əlaqə yaratmağa,məktəbin ictimai işlərində fəal olmağa səsləyib. Daha sonra valideynlərin əl işlərindən ibarət sərgiyə baxış keçirilib,məktəbdaxili tədbirlərin həyata keçirilməsində yaxından iştirak edən valideynlərə təşəkkürnamələr təqdim olunub.  Valideynlər məktəbin pedaqoji və texniki heyəti ilə, yeməkxana, tibb məntəqəsi, idman zalı, fənn kabinetləri ilə tanış olub, eyni zamanda  tədris prosesini izləmək üçün dərs müşahidələri də keçirilib. Dərs müşahidələri  bitdikdən sonra dinlənilən  dərslərin müzakirəsi keçirilib, valideynlərin rəy və təklifləri dinlənilib. Sonda bədii hissə nümayiş olunub.

Qeyd edək ki, “Açıq qapı” günlərinin təşkil olunmasında məqsəd müəllim-valideyn əməkdaşlığı vasitəsilə şagirdlərin təlim-tərbiyəsində səmərəliliyi artırmaq, valideynlərlə məktəb arasında ünsiyyət platformasını genişləndirməkdən ibarətdir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi