Azərbaycan Respublikasının Xalq artisti Rasim Balayevlə "Bir ömrün əfsanəsi "adlı görüş keçirildi

    12.02.2019-cu il tarixdə Nəsimi rayonu 247 nömrəli tam orta məktəbdə "Unutsaq unudularıq " başlığı altında Azərbaycan Respublikasının Xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayevlə "Bir ömrün əfsanəsi"adlı görüş keçirildi.Görüşdə Azərbaycan Respublikasının Xalq artisti, kinorejissor Vaqif Əsədov, Nəsimi Rayon İcra Hakimiyyətinin nümayəndəsi Xalid Kərimov, Nəsimi Rayon HİK-nin sədri Fazil Sadıqov, Xalq artistinin yaxın dostu,mədəniyyət işçisi Elmi Mirzəliyev,TİPİİ-nin direktor müavini Namiq Nagiyev, pedaqogika üzrə elmlər doktoru,professor Nasim Abışov, məktəb direktorları və digər qonaqlar iştirak edib.
    Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Nihal Hacıyeva ölkə başçısı, Prezident İlham Əliyevin böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ili  ölkəmizdə “Nəsimi ili” elan etməsini tədbir iştirakçılarının diqqətinə çatdırıb.

     Tədbirin əvvəlində dahi şair Nəsimi haqqında ətraflı məlumat verən məktəbin Azərbaycan dili və ədəbiyyatı müəllimi Əzizova Gülü "Nəsimi" filminin ərsəyə gəlməsindən söhbət açıb. Gülü müəllim nitqini  xalq artisti Rasim Balayev keçdiyi həyat yolu , rol aldığı filmlərin tarixçəsindən bəhs edərək davam etdirib.

   Tədbirin maraqlı hissələrdən biri xalq artisti Rasim Balayevin yaratdığı obrazlarla qarşılaşması oldu. Tədbir boyunca  şagirdlərimiz tərəfindən  görkəmli aktyorun rol aldığı filmlərdən səhnəciklər canlandırılıb.

    Tədbirdə çıxış edən xalq artisti ,kinorejissor Vaqif Əsədov və mədəniyyət xadimi Elmi Mirzəliyev aktyorun tələbəlik illərindən maraqlı təəssüratlarını onları izləyənlər ilə bölüşüb. Daha sonra dahi aktyor ona ünvanlanmış sualları özünəməxsus tərzdə, ətraflı cavablandırılıb. İllər sonra "Yenə o bağ olaydı" şeirini məktəbin şagirdi ilə birgə səsləndirən Xalq artisti məktəb kollektivinə tədbirin təşkilinə görə  öz minnətdarlığını bildirib.

    Tədbirin sonunda görkəmli aktyor, xalq artisti, Azərbaycan Dövlət mükafatı laureatı Rasim Əhməd oğlu Balayev və qonaqlar məktəbin xatirə kitabına öz xoş arzularını yazıb.

 

 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi